Flirt yalnız təhlükəsiz olanda gözəldir.
Flirtuso-da hər kəs özünü rahat hiss etməli, sərhədlərini özü müəyyən etməli və təzyiqdən, təhqirdən, təqibdən uzaq tanış ola bilməlidir. Platforma yalnız 18 yaşdan yuxarı istifadəçilər üçündür.
Qəbul edilməyən davranışlar
Platformada söyüş, təhqir, alçaltma, təhdid, təqib, nifrət nitqi və şəxsi məlumatların icazəsiz yayılmasına yol verilmir.
- Razılıq olmadan intim şəkil göndərmək, cinsi təzyiq və “yox”dan sonra israr
- Pul, hədiyyə və ya kart məlumatı istəmək, romantik dələduzluq
- Saxta profil, başqasının şəkilləri, spam və hesab oğurluğu cəhdləri
- Zorakılığa, ayrı-seçkiliyə və qanunsuz fəaliyyətə çağırış
Nəzarət alətləri
Kimlə əlaqə qurduğunuzu və məzmununuzu kimin gördüyünü idarə edə bilərsiniz.
- Paylaşımlar üçün “Hamı”, “Yalnız dostlar” və “Yalnız mən” seçimi
- Mesaj qəbulunu hamıya, dostlara və ya heç kimə açmaq
- Arzuolunmaz istifadəçini bloklamaq və əlaqəni dayandırmaq
İlk görüşdən əvvəl
Onlayn tanışlıq real görüşə çevriləndə bir neçə sadə qayda hər şeyi daha rahat edir.
- İlk görüşü insanların olduğu ictimai yerdə təyin et
- Hara və kiminlə getdiyini yaxın birinə de
- Yol və qayıdış planın öz əlində olsun
- Ev ünvanını, iş yerini və maliyyə məlumatını tələsmədən paylaşma
- Nəsə düz gəlmirsə, getmək — tamamilə normaldır
Pozuntu baş verdikdə
Şübhəli davranışla qarşılaşdıqda əlaqəni dayandırın, zəruri sübutları qoruyun və dəstək kanalına müraciət edin.
- İstifadəçi adı, public identity və hadisənin vaxtını qeyd edin
- Mümkündürsə ekran görüntüsü və əlaqəli paylaşım məlumatını əlavə edin
- Təcili təhlükə olduqda platforma cavabını gözləmədən aidiyyəti xidmətə müraciət edin
Moderasiya və qanuni əməkdaşlıq
Pozuntunun ağırlığına görə məzmun məhdudlaşdırıla, hesab dayandırıla və ya sistemdən çıxarıla bilər.
- Qərarlar hadisənin konteksti, riski və təkrarlanması nəzərə alınaraq verilir
- Qanun pozuntusu əlamətləri olduqda Flirtuso aidiyyəti orqanlara müraciət edə bilər
- Məlumatların təqdim edilməsi yalnız qanuni əsas və zəruri həcm çərçivəsində aparılır
Flirtuso-da maraqlarına uyğun insanlarla tanış ol.
Qeydiyyatdan keç, insanları kəşf et və ünsiyyətə başla.
